Bu qədər silah göndəririk, görən, hara gedir?

Bu qədər silah göndəririk, görən, hara gedir?

"...Vaşinqtonun Kiyevə göndərilən silahların harada “qeyb olduğunu” izləmək üçün elə də bir imkanı yoxdur”.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “CNN” telekanalı Pentaqondakı mənbəyə istinadən məlumat yayıb.

Deməli, ABŞ Ukraynaya silah göndərir, amma bu silahların sonrakı aqibəti onlar üçün qaranlıq olaraq qalmaqdadır.

Belə ki, telekanalın həmsöhbətinin sözlərinə görə, ABŞ-ın Ukrayna ərazisinə tank əleyhinə, zenit və digər silahların dəqiq hara göndərdiyini öyrənmək üçün bir neçə yol var.

Hansılardır, təbii ki, bu da ehtimaldır.

Beləliklə, Pentaqon sözçüsünün ehtimalına görə, bu silahlar, yəqin ki, böyük bir qara dəliyə düşür və qısa müddətdən sonra silahların harada olduğu haqqında heç bir xəbər olmur.

Qeyd edək ki, burada ABŞ-ı narahat edən başqa məsələdir, göndərdiyi silahların Vaşinqtonun silahlandırmaq niyyətində olmadığı digər silahlı qüvvələrin və milislərin əlinə keçə bilmək ehtimalı...

Əslində, hər şey ola bilər...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə