Rusiyanın İstintaq Komitəsi Belqorod vilayətindəki kəndin atəşə tutulmasından sonra Ukraynaya qarşı cinayət işi açıb
Rusiya Federasiyasının İstintaq Komitəsi Belqorod vilayətinin Qolovçino kəndinin atəşə tutulması ilə bağlı cinayət işi açıb.
SİA bu barədə “rosbalt” saytına istinad edir.
Beləliklə, idarənin mətbuat xidmətindən verilən məlumata görə, iş iki və daha çox şəxsi öldürməyə cəhd maddəsi ilə açılıb. İstintaqın məlumatına görə, Ukrayna hərbçiləri sərhəd yaşayış məntəqəsini atəşə tutublar.
Bundan əvvəl Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov atəş nəticəsində 3 nəfərin xəsarət aldığını, 30 evə isə ciddi ziyan dəydiyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB