Ukrayna prezidenti Vladimir Zelenski işğal olunmuş yaşayış məntəqələrinin sakinlərinə ruslarla əməkdaşlıqdan imtina etdiklərinə görə təşəkkür edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Zelenski videomüraciətində bildirib.
"Ölkəmizin cənubunda işğalçılar ən azı Rusiyada ukraynalıların Rusiya strukturları ilə əməkdaşlığa guya hazır olması kimi təqdim edilə biləcək nəyisə nümayiş etdirməyə çalışırlar. Bu, acınacaqlı görünür", - deyə Zelenski bildirib
Zelenski qeyd edib ki, 55 günlük müharibədən sonra işğalçılar “bəlkə də bəzi marjinallar istisna olmaqla” qalib gələ biliblər.
Amma reallıq budur ki, ölkənin bütün regionlarında ukraynalılar Ukraynanın milli birlik və dövlətçiliyini dəstəkləyirlər.
“...Mən müvəqqəti işğal olunmuş şəhərlərin- Xerson, Kaxovka, Melitopol və onun ətraf rayonlarının bütün sakinlərinə, bütün icmalarımıza - bu aydın mövqeyə görə minnətdaram. İşğalçılarla əməkdaşlıq yoxdur. Əməkdaşlara dəstək yoxdur. Biz nə qədər prinsipial olsaq, normal həyata da bir o qədər tez qayıdacaq”-deyə Zelenski bildirb.
Qeyd edək ki, bir müddət bundan əvvəl ruslar Zaporojye vilayətinin
Rozovka rayonunda “xalqın istəyi” ilə “referendum” keçirib yayımlamışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB