“Luqansk Xalq Respublikası”nın xalq milislərinin rəsmi nümayəndəsi İvan Filiponenko Luqansk vilayətinin qərbindəki rayon əhəmiyyətli şəhər olan Kremennayanın “respublika”nın nəzarətinə keçdiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS məlumat yayıb.
Filiponenkonun sözlərinə görə, Kremennaya şəhərinin administrasiyası üzərində “Luqansk Xalq Respublikası” və Rusiya bayraqları qaldırılıb.
Bu isə şəhərin tamamilə “Luqansk Xalq Respublikası”nın, yəni Rusiyanın əlinə keçməsinin bariz sübutudur. Bunu da Filiponenko deyib.
Qeyd edək ki, bundan əvvəl Zaporojye vilayətinin Rozovski rayonunu da “Donetsk Xalq Respublikası”na birləşdirmək məsələsi qaldırılmışdı.
Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkətinin müharibəyə ezam olunmuş müxbiri Andrey Rudenkonun dediyinə görə, guya bu təklif yerli sakinlər tərəfindən “toy-bayramla” qarşılanıb. Sən demə, “yerlilər” bunun həsrətini çoxdan çəkirmişlər.
Amma nə yazıqlar ki, “Donetsk Xalq Respublikası”nın rəhbəri Denis Puşilin respublikanın hakimiyyət orqanlarının bölgə sakinlərinin müraciətinə hələ reaksiya vermədiklərini bildirib: müharibə gedir axı... amma o söz verib: gələcəkdə buna baxacağıq.
Puşilin deyirsə, deməli, heç qorxusu yoxdur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB