Çin Rusiyadan yan keçərək Avropaya yeni dəmir yolu xətti açıb. Onun ümumi uzunluğu 11300 kilometrdir. (Ay səni, vəfasız, bəs Rusiya?-A.B.)
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki,
bu barədə “China.org” portalı xəbər verir.
Beləliklə, portalın verdiyi məlumata görə, marşrut birləşmiş dəmir yolu və dəniz nəqliyyatından istifadə etməklə Xəzər və Qara dənizləri keçərək Qazaxıstan, Azərbaycan, Rumıniya, Macarıstan, Slovakiya, Çexiyadan keçərək, sonda Almaniyanın Manheim şəhərinə çatır.
Portal onu da bildirir ki, idman malları, geyim və yataq dəstləri ilə yüklənmiş ilk qatar aprelin 13-də yola düşüb.
“China.org” onu da qeyd edib ki, yeni marşrut Çin-Avropa qatarlarının əvvəllər nadir hallarda keçdiyi ölkələr və regionları əhatə edir.
“...Yeni dəmir yolu əlaqəsi daşımaların səmərəliliyini artırmaqla yanaşı, müəssisələrin nəqliyyat xərclərinə də qənaət edib. Bu marşrut şirkətlərimizə hazırkı vəziyyətdə ixrac imkanı verir”, - deyə Xian beynəlxalq logistika şirkətinin meneceri Jia Min bildirib
Bildirək ki, hazırda Çinin Avropaya 16 əsas yük qatarı marşrutu var və onlar “Kəmər və Yol” layihəsinin 45 ölkə və regionundan keçib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB