Hindistan elektrik stansiyalarında ehtiyatlarının azalması səbəbindən Rusiyadan ucuz kömür tədarük edir.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, “S&P Global”ın xəbərinə görə, Hindistan apreldə Rusiyadan aşağı keyfiyyətli kömür tonunu 160-165 dollara alıb.
Rusiya öz kömürünü Hindistana Nyukasldan gələn kömürlə müqayisədə ton başına təxminən 60-65 dollar endirimli qiymətlərlə təklif edib.
2021-ci ilin sonuna qədər Rusiya kömürünün Avstraliya kömüründən təxminən 10 dollar ucuz olduğu bildirilir.
Fevralın 24-dən Ukraynaya hücumlarına görə bir çox ölkənin Rusiya kömürünə tətbiq etdiyi sanksiyalardan sonra rəsmi Moskva tərəfindən kömürə endirim təklif olunub ki, bu da Hindistan tacirlərinin ucuz kömür axtarışlarına uyğun sayılıb.
Qeyd edək ki, Avropa İttifaqı və Yaponiya aprel ayında Rusiya kömürünü qadağan etdiklərini açıqlayıblar. Belə görünür ki, Hindistan alıcılarının yeni dövrdə digər istehsalçılardan daha ucuz olması ilə əlaqədar Rusiya kömürünə tələbatı artacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB