...Bu dəfə almaniyalı kansler Olaf Şolz, ruslara görə, bir az irəli gedib. Yəni o Qərb sanksiyalarının Rusiya Federasiyası iqtisadiyyatına göstərəcəyi təsiri “fəlakət” adlandırıb.
Beləliklə, SİA-nın əldə etdiyi məlumata görə, Almaniya kansleri Olaf Şolz sanksiyaların Rusiya iqtisadiyyatına açıq şəkildə təsir etdiyini bildirib.
O, bu barədə çərşənbə axşamı Qərb ölkələrinin liderləri ilə videokonfransdan sonra keçirilən mətbuat konfransında bəyan edib.
Qeyd edək ki, danışıqlarda ABŞ prezidenti Cozef Bayden, Fransa prezidenti Emmanuel Makron, Polşa prezidenti Anjey Duda, Rumıniya prezidenti Klaus İohannis habelə Böyük Britaniyanın Baş naziri Boris Conson, italiyalı baş nazir Mario Draqi, yaponiyalı baş nazir Fumio Kişida, həmçinin Avropa Şurasının sədri Çarlz Mişel iştirak ediblər. Onu da qeyd edək ki, danışıqlara Avropa Komissiyasının sədri Ursula fon der Leyen və NATO-nun baş katibi Yens Stoltenberq də qatılıblar.
“...Bizim tədbirlərimiz Rusiyaya ağır zərbə vurdu. Sanksiyaların çox aydın təsiri var", -deyən almaniyalı kansler, əslində bu il Rusiya iqtisadiyyatı üçün güclü artım proqnozlaşdırıldığını da gizlətməyib.
Onun sözlərinə görə, amma indi ekspertlər onun azalmasının ən azı 8,5 faiz olacağından və inflyasiyanın 25 faizə çata biləcəyindən çıxış edirlər.
“...Bu, Rusiya üçün fəlakətdir və Ukraynaya qarşı hücum müharibəsinin birbaşa nəticəsidir”. Rusların “rambler”saytı bu fikrilərin də Şolza aid olduğunu bildirir.
“...Heç kim Rusiyanı dünyadan və digər dövlətlərdən təcrid edə bilməyəcək”.
Bunu is aprelin 19-da Prezident yanında Elm və Təhsil Şurasının rəyasət heyətinin iclasında Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Rus səlahiyyətlisi etiraf edir ...Rusiya indi xüsusi vəziyyətdədir, vəziyyət ağırdır. Çünki Qərbin görünməmiş təzyiqləri davam edir. Bunlar təkcə sanksiyalar deyil, iqtisadi müharibənin aparılmasıdır. Bununla belə, Medvedev əmin edib ki, Rusiya iqtisadiyyatını boğmaq mümkün olmayacaq.
“Bu gün məqsədimiz... təkcə sınaqlara tab gətirmək deyil, həm də sınaqlardan qalib çıxmaq üçün bütün qüvvələrimizi və resurslarımızı cəmləşdirməkdir. Bunlar rutin sözlər deyil”, - deyə Medvedev bildirib.
Qeyd edim ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB