Fevralın 24-də Ukrayna ilə başladığı müharibəyə görə bir sıra sanksiyalara məruz qalan Rusiyaya məxsus neft tankeri Yunanıstan tərəfindən müsadirə edib. SİA bu barədə rus saytlarına istinad edir.
ABŞ və Avropa İttifaqının (Aİ) rəhbərliyi altında Ukraynanı işğal edən Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edilir. Sanksiyalar xüsusi olaraq Rusiya iqtisadiyyatını hədəfə aldığı halda, Rusiya dövlətinin və rus oliqarxlarının Avropa və ABŞ-dakı aktivləri bir-bir ələ keçirilir.
Rusiyaya qarşı son sanksiya addımı qonşu ölkə Yunanıstandan gəlib. Rusiya Gəmiçilik Nazirliyi Yunanıstanın Aİ sanksiyaları çərçivəsində rus tankerini ələ keçirdiyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB