Amerikanın avtomobil istehsalçısı “General Motors” Rusiyanı tərk edir. “Kommersant” yazır ki, şirkət fevralın 24-dən sonra nəhayət Rusiya Federasiyasını tərk etmək qərarına gələn ilk xarici avtomobil konserni olacaq. SİA bu barədə “rosbalt”a istinad edir.
Qeyd olunur ki, artıq dilerlər avtomobillərin çatdırılmasının dayandırılması ilə bağlı bildiriş alıblar. Şirkət Rusiya nümayəndəliyinin əməkdaşlarını da ixtisar edir.
Qeyd edək ki, “General Motors” 2015-ci ildən bəri Rusiyada öz istehsalına malik deyildi. Şirkət ABŞ-dan yalnız bahalı “Chevrolet və Cadillac” modellərini tədarük edirdi. Eyni zamanda, brendlər Rusiya Federasiyasında premium avtomobil seqmentində Avropa liderlərinə rəqabəti uduzurdular.
Maraqlıdır ki, “Kommersant”ın etirafıns görə, şirkət Amerika tənzimləyicisindən açıqlamalar gözləyirdi və onları aldıqdan sonra da istefasını elan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB