"...Qərb ölkələri Rusiyanın Ukraynada qalib gəlməsinə imkan verməməlidir”.
SİA TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz ABŞ prezidenti Cozef Bayden və G7 ölkələri və Avropa İttifaqı liderləri ilə telefon danışığından sonra bildirib. " Avropa İttifaqı və NATO-dakı tərəfdaşlarımızla birlikdə biz tamamilə yekdilik ki, Rusiya bu müharibədə qalib gəlməməlidir", -deyə Almaniya lideri bildirib.
Şolz Rusiya prezidenti Vladimir Putinə müraciət edərək ondan Ukrayna şəhərlərinin atəşə tutulmasını dayandırmağı xahiş edib: “Dərhal atəşkəs elan edin və əsgərlərinizi geri çəkin. Bu dəhşətli müharibəni dayandırın” .
Yeri gəlmişkən, Qərb ölkələri hərbi əməliyyatlara birbaşa müdaxilə etmək niyyətində olmasalar da, Ukraynaya yardımı davam etdirməkdə qərarlıdırlar. Qeyd edim ki, bir müddət bundan əvvəl bunları bəyan edən almaniyalı kansler bu günlərdə Bundesverin Ukraynanı silahla təmin etmək imkanlarının praktiki olaraq tükənditini etiraf edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB