Kabildə ardıcıl bombalı hücumlar həyata keçirilib, ölənlər var

Kabildə ardıcıl bombalı hücumlar həyata keçirilib, ölənlər var

Əfqanıstanın paytaxtı Kabilin qərbində yerləşən Əbdül Rəhim Şəhid Liseyi və Mümtaz Kursuna ardıcıl bombalı hücumlar təşkil edilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Taliban müvəqqəti hökumətinin Kabil Polis İdarəsinin sözçüsü Xalid Zadran sosial media hesabında törədilən hadisə ilə əlaqəli açıqlama verib. Bildirib ki, Kabilin qərbində həyata keçirilən ardıcıl hücumlarla şiələr hədəfə götürülüb. Hadisə nəticəsində ilk məlumatlara görə 6 nəfər həyatını itirib, 11 nəfər yaralanıb. Hücumların baş verdiyi əraziyə uzanan bütün küçələr nəqliyyatın hərəkətinə bağlanıb. Hadisəyə görə hələlik məsuliyyəti üzərinə götürən olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə