Boynuna "kar" və "lal" sözləri yazılmış plakatı asan şəxs saxlanılıb

Boynuna "kar" və "lal" sözləri yazılmış plakatı asan şəxs saxlanılıb

İstanbulun Sultanqazi bölgəsində boynuna "kar" və "lal" sözləri yazılmış plakat asan şəxs polis tərəfindən saxlanılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, polis qrupları tərəfindən tutulan şəxs Sultanqazi Bələdiyyəsi Polis Şöbəsinə aparılıb. Dilənçinin "kar" və "lal" yazısına baxmayaraq danışmağa başlaması polis qruplarını təəccübləndirib.

Ramazan A. polisin əlilliyi olmadığı halda niyə diləndiyi sualına belə cavab verib: "Bizim kəndin hamısı dilənçiliklə məşğuldur. Biz bunu peşə halına gətirmişik" deyib. Barəsində cinayət məsuliyyətinə cəlb olunacağı deyiləndə isə polis əməkdaşlarına təşəkkür edib. Üzərindəki 770 lirə pulu müsadirə edilərək qanuni tədbir görülən Ramazan A. daha sonra sərbəst buraxılıb.

Nəzrin Əyyublu

Bütün xəbərlər Facebook səhifəmizdə