Fransada polisin hicablı qadınlara zorakılığı reaksiya doğurub

Fransada polisin hicablı qadınlara zorakılığı reaksiya doğurub

Fransanın Asnieres şəhərində polisin iki hicablı qadını yolun ortasında döyüb yumruqlamasına dair görüntülər reaksiya doğurub. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Sosial mediada paylaşılan 14 aprel tarixli görüntülərdə Fransa polisi hicablı iki qadına yolun ortasında qeyri-mütənasib şəkildə müdaxilə edərək onlardan birini yumuruqlayır və digərini yerə yıxmağa çalışır. Polisin bu münasibəti sosial mediada reaksiya doğursa da, Fransa polisinin islamafobik olduğu ilə bağlı şərhlər edilib.

Paris Polis İdarəsinin Twitter hesabından edilən açıqlamada isə qadınların polisə hörmətsizlik etdikləri irəli sürülüb və polisin iki qadını şikayət edəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə