ABŞ bütün ölkələrin Rusiyaya qarşı sanksiyalara səsləyir

ABŞ bütün ölkələrin Rusiyaya qarşı sanksiyalara səsləyir

ABŞ hakimiyyəti Moskvaya təsir etmək üçün bütün ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əməl etməsini təmin etmək istəyir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ Maliyyə nazirinin birinci müavini Adevale (Uolli) Adeyemo bildirib.

“Zamanla məqsədimiz bütün dünya dövlətlərinin bizim sanksiyalara əməl etməsini təmin etməkdir, çünki bu yolla Rusiyaya təsirimiz olacaq. Və biz ölkələrin bunu etməsini gözləyirik, çünki bizim qurduğumuz geniş koalisiya ölkələri ilə iş görməyin faydaları daralan Rusiya iqtisadiyyatı ilə iş görməyin faydalarından qat-qat üstündür”, – deyə o, vurğulayıb.

Onun sözlərinə görə, bəzi ölkələr ABŞ-ı Vaşinqtonun təşəbbüsü ilə Qərbin Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməsi ilə əlaqədar dünya iqtisadiyyatında parçalanma təhlükəsi yaratmaqda ittiham edir:

Bütün xəbərlər Facebook səhifəmizdə