Çin Rusiyaya silah tədarük etsə və ya sanksiyalardan yan keçməyə kömək etsə, ciddi nəticələrlə üzləşəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.
“Əgər Çin Xalq Respublikası Rusiyaya silah tədarükü üzərində işləsə, Rusiyaya sanksiyalardan yan keçməyə kömək etsə, bu, təkcə bizim tərəfimizdən deyil, həm də müttəfiqlərimiz, tərəfdaşlarımız tərəfindən ciddi nəticələrə səbəb olacaq”, – o deyib.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Ağ Ev ABŞ prezidenti Cozef Baydenlə Çin sədri Si Tszinpin martın 18-də telefon danışığı apararaq, Ukrayna böhranını müzakirə edəcəkləri barədə məlumat vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB