Cənubi Afrikanın cənub-şərqindəki KvaZulu-Natal əyalətində baş verən daşqınlar nəticəsində 57 uşaq ölüb, daha 5 uşaq itkin düşüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə aprelin 18-də Əsas Təhsil Departamentinin sözçüsü İlyas Mhlanqi bildirib.
O əlavə edib ki, Pasxa bayramları başa çatır, lakin 630-dan çox məktəbə ciddi ziyan dəydiyi üçün minlərlə uşaq məktəbə qayıtmayacaq. Onların təmiri üçün 400 milyon randan (27 milyon dollardan çox) çox vəsait tələb olunacaq.
Qeyd edək ki, bundan əvvəl bu daşqınların son 30 ildəki, ən dəhşətli təbii fəlakət olduğu bildirilmişdi. Onu da qeyd edək ki, təbii fəlakət zamanı ölənlərin sayı 443 nəfərə çatıb. İnfrastruktura dəyən ümumi ziyan 683 milyon dollar təşkil edib.
Xatırladaq ki, Cənubi Afrikanın Səhiyyə Nazirliyi vəba, malyariya və ishalın yayılmasına hazır olduğunu bəyan edir. Sosial İnkişaf Departamenti zərərçəkmişlərə ərzaq bağlamaları, çadırlar, ədyal və döşəklər verir,
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB