“...Meksikada rusofobiyanın aqressiv hərəkətləri hələ qeydə alınmayıb”.
SİA “İzvestiya” portalının məlumatına istinadən xbər verir ki, bu barədə Rusiyanın Meksikadakı səfirliyinin mətbuat katibi Yevgeni Nenaşkin məlumat verib. Onun sözlərinə görə, Mexikoda hələ ki, rusofobiyanın artmasını qeyd etmirik. Belə ki, səfirlik həmişəki kimi işləyir.
Nenaşkin qeyd edib ki, bazar günləri səfirlik yaxınlığında dinc aksiyalar keçirilsə də, amma iştirakçılar aqressivlik nümayiş etdirmirlər.
Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiyanın Meksikadakı səfirliyi Meksika ştatlarından birində orkestrin Pyotr Çaykovskinin 1812-ci il uvertürasını ifa etməkdən imtina etdiyini bildirmişdi. Hadisə ötən həftə baş verib. Rusiyalı diplomatlar ehtiyatlanırlar. Belə ki, bu hadisə Meksikada rusofobiyanın güclənməsinə stimul yarada bilər.
Bundan əvvəl məlum olub ki, “Ukrayna klassik baleti” komandası İtaliyaya qastrol səfəri üçün repertuarda rus bəstəkarı Pyotr Çaykovskinin “Qu gölü” baletinin olması ilə bağlı təhdidlər alıb. Ukrayna Mədəniyyət Nazirliyi və Ukrayna Milli Operası onları işdən çıxarılmaqla hədələməyə başladığı üçün sənətçilər tamaşanı ləğv etmək qərarına gəliblər. Tamaşa “Jizel” baleti ilə əvəz olunb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB