Bolqarıstanda yağan qar həyat iflic edib

Bolqarıstanda yağan qar həyat iflic edib

Bolqarıstanın mərkəzi və şimal-şərq bölgələrinə yağan güclü qar səbəbindən yüzlərlə yaşayış məntəqəsində həyat iflic olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ilkin məlumata görə, hazırda Şipka aşırımında (Kazanlıq rayonu), Troyan aşırımında (Plovdiv rayonu) və Respublika aşırımında (Veliko-Tırnovo rayonu) nəqliyyatın hərəkəti dayanıb. Bəzi ərazilərdə qar örtüyünün hündürlüyü 1,2 metri keçib. Bir neçə turistin xəsarət aldığı bildirilir. Sinoptiklər hava şəraitinin daha da pisləşəcəyini proqnozlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə