Yaponiyada Rusiyaya qarşı yeni sanksiyalar paketi qüvvəyə minir ki, bu da Rusiya Federasiyasından 38 növ malın idxalına qadağa qoyulmasını nəzərdə tutur.
SİA xəbər verir ki, bu barədə “RİA Novosti” Yaponiya hökumətinə istinadən məlumat yayıb.
Beləliklə, idxalı qadağan olunan malların siyahısına məişət texnikası, spirt, taxta və bir çox başqa mallar daxil edildiyi bildirilir. Yaponiyaya idxal edildikdə onların ümumi dəyəri 15 milyard yen (188 milyon dollar) təşkil edirdi.
Qeyd edək ki, əslində bu qadağalar qarşılıqlıdır. Çünki Yaponoyadan əvvəl Rusiya Federasiyası da bu addımı atıb.
Yeri gəlmişkən Yaponiya Maliyyə Nazirliyi ötən il Rusiyadan Yaponiyaya mal idxalının 1,55 trilyon yen təşkil etdiyini bildirmişdi.
Maraqlıdır ki, qadağan olunmuş idxalın payı cəmi 1,1 faiz təşkil edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB