“Fransanın Rusiya qazına ehtiyacı yoxdur”

Makron “müharibəyə girmədən onu sona çatdırmaq üçün hər şeyi etmək” niyyətində olduğunu da bildirib
“Fransanın Rusiya qazına ehtiyacı yoxdur”

Fransa Rusiya qazından asılı olmadığı üçün ona qarşı sanksiyaları təbliğ etmək niyyətindədir.

SİA “İnterfaks”a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

Fransa liderinin sözlərinə görə, onun ölkəsi Rusiya qazına lazım deyil -“Rusiyadan birbaşa Fransaya gedəcək bir dənə də boru xətti yoxdur”.

Bunuka yanaşı Makron Avropa bazarının bir-birinə bağlılığı və ümumiyyətlə, Avropanın Rusiya qazından asılı olduöunu da etiraf edib.

Maraqlıdır ki, Fransa prezidenti həmçinin Rusiyadan gələn digər qalıq enerji resurslarına qarşı sanksiyaların tətbiqinə də çağırış edib.

“…Kömür və neftə məhdudiyyətlərin qoyulması Rusiyanın münaqişəni davam etdirmək səylərini maliyyələşdirməyi dayandırmaq üçün lazımdır”,-deyə Makron “France 5” telekanalına danışarkən deyib.

Qeyd edək ki,Makron bu gün Rusiya əleyhinə yeni sanksiyaları müzakirə edəcəyini də etiraf edib.

Yeri gəlmişkən, Makron, qəribə də səslənsə, “müharibəyə girmədən onu sona çatdırmaq üçün hər şeyi etmək” niyyətində olduğunu da bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə