...Bax, vətənpərvər olanda da Ramazan Kadırov kimisindən olasan...
Yoxsa, Anatoli Çubays kimi...vətənin belə cətin günündə qorxu güc gəldi deyə, özünü xəstəliyə vurub müalicə adıyla aradan çıxdı. Təbii ki, yerli ruslar bunun Ukraynada baş verən hadisələrlə bağlı olduğunu o dəqiqə anlayıblar. Düz də ediblər. Budur regionlararası “Sağlam seçim” ictimai hərəkatının nümayəndələri Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkoya “Çubay qanunu” adlanan qanunun tətbiq edilməsi xahişi ilə müraciət ediblər. Onlar tələb edirlər: gəmini ilk tərk edən siço.... üzr istəyirəm, vətənin bu ağır günündə ölkəni tərk edib müalicə adıyla xaricə qaçan qorxaq və “dezertir”lərə boykot elan edilsin. Onların sonradan ölkəyə qayıdışı yasaq edilməsə də, amma onlara Rusiyada yenidən müdir-filan olmağa icazə verilməsin.
Əla! Əhsən! Hər şey gözəl düşünülüb. Hətta “Çubais qanunu”nun adi vətəndaşlardan yan keçib yalnız vəzifəli şəxslərə, dövlət korporasiyalarının nümayəndələrinə, habelə nəzarət edilən KİV əməkdaşlarına və deputatlara şamil edilməsi də çox xoşuma gəldi. Amma adi vətəndaşlarla bağlı məsələ mənə bir az qaranlıq qaldı
Deyim ki, adi vətəndaşlar deyəndə, onların nəyi var ki, onu da götürüb qaçsınlar? Yenə də buna baxmayaraq, onların quru adlarının belə “Çubais qanunu”nda xatırlanmasını hər halda onlar üçün az da olsa “qürurvericidir...
Deyəsən, cox uzandı axı...nə isə, deyim ki, son günlər vətənpərvərliklə bağlı danışılanda, nədənsə ilk olaraq Ramazan Kadırov yada düşür. Əslində, bunun üçün əsas da var. İnanmırsınız, buyurun, bir neçə gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin “lazım gələrsə, torpaqlarımız üçün ən azı on il də mübarizə aparacağıq” deyiminə Ramazan Kadırovun verdiyi cavaba Siz də baxın: “...Mən burada oxudum ki, Zelenski 10 il bizimlə döyüşməyə hazır olduğunu bəyan edib. Ona deyim ki, bizim (...yəqin “bizim” deyəndə Putinlə özünü nəzərdə tutur-A.B.) o qədər vaxtımız yoxdur. Ona görə, bir neçə günə səninlə hər şeyi bitirəcəyik. (...o vaxt müharibə başlayanda da belə deyirdiniz...artıq ikinci ay da başa çatır-A.B.) Məncə, siz şizofreniyasınız. (...kor-kora kor deməsə, bağrı catlar-A.B.) Böyük qardaşınız Baydenin yanına gedin və bir-birinizə, necə deyərlər, əllərinizlə salam verin”(...bunu başa düşmədim, bəlkə Siz deyəsiniz... başqa nəylə görüşürlər-A.B.)
Doğrudan da, Ramzan Kadırovun Telegram kanalında yayımladığı audiomüraciətini oxuyan hər bir kəs ondakı bu “cəsarət və vətənpərvərliyə” qibtə etməyə bilməz.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB