Şərqi Afrika problemlərə qarşı birgə hərəkət edəcək

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Efiopiya, Sudan, Cənubi Sudan, Uqanda, Tanzaniya, Somali və Cibutidən olan nümayəndələrin iştirakı ilə Şərqi Afrika Müdafiə Kəşfiyyat Forumu keçirilib
Şərqi Afrika problemlərə qarşı birgə hərəkət edəcək

Şərqi Afrika ölkələri regionda təhlükəsizlik problemlərinə qarşı birgə hərəkət edəcək. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Efiopiya, Sudan, Cənubi Sudan, Uqanda, Tanzaniya, Somali və Cibutidən olan nümayəndələrin iştirakı ilə Şərqi Afrika Müdafiə Kəşfiyyat Forumu keçirilib.

Forumda regional təhlükəsizliyin təmin edilməsi məqsədilə birgə fəaliyyət göstərmək qərara alınıb.

Qeyd olunub ki, region ölkələri sərhəd təhlükəsizliyi, kiber təhlükəsizlik, sosial media, ətraf mühitin mühafizəsi, gənclərin sosial məşğulluğu və terrorizmlə mübarizə kimi məsələlərdə əməkdaşlıq edəcək.

Növbəti foruma Uqandanın ev sahibliyi edəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə