Vladimir Putin Mahmud Abbasla Fələstin məsələsini müzakirə edib

Rusiya prezidenti Vladimir Putin Fələstin prezidenti Mahmud Abbasla Fələstin məsələsini müzakirə edib.
Vladimir Putin Mahmud Abbasla Fələstin məsələsini müzakirə edib

Rusiya prezidenti Vladimir Putin Fələstin prezidenti Mahmud Abbasla Fələstin məsələsini müzakirə edib.

SİA xəbər verir ki, Kremldən verilən açıqlamada Putinin Abbasla telefon danışığı olduğu bildirilib.

Açıqlamada telefon söhbətində Fələstin məsələsinin müzakirə olunduğu bildirilib:

"Orta Şərq probleminin həlli İordan çayının qərb sahilində və Şərqi Qüdsdə gərginliyin artması kontekstində müzakirə edilib. Bunun Fələstin və İsrail arasındakı genişmiqyaslı münaqişələrə çevrilməyəcəyinə dair ümid paylaşılıb. Orta Şərq Dördlüyü (Rusiya, ABŞ, Avropa İttifaqı, Birləşmiş Millətlər) himayətində Fələstin və İsrail arasında dialoqun yenidən başlamasının əhəmiyyəti vurğulandı".

Açıqlamada Putinin Abbasa Ukrayna ilə aparılan danışıqlar barədə məlumat verdiyi bildirilib.

İkitərəfli əlaqələrin də müzakirə edildiyi bildirilən açıqlamada Putinin Fələstin xalqı üçün Ramazan ayını təbrik etdiyi dilə gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə