Rusiya Ukraynanın Avropa və ABŞ-dan gətirtdiyi çoxlu sayda silahı məhv etdiyini deyir/
SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib.
...Aprelin 18-də səhər saatlarında Lvov vilayətində Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli hava-desant raketləri Ukrayna qoşunlarının Maddi-Texniki Təchizat Qüvvələrinin 124-cü Birgə Logistika Dəstəyi Mərkəzinə zərbələr endirib. Bunu da Konaşenkov bildirib.
O əlavə edib ki, məhv edilən silahlar Ukraynaya son altı gündə gətirilibmiş. Onun dediyinə görə, bundan başqa, Kiyev vilayətində yerləşən Vasilkov kəndi yaxınlığında böyük silah-sursat anbarı da məhv edilib.
Qeyd edək ki, daha əvvəl general-mayor Rusiya raket qüvvələrinin Ukraynadakı hədəflərə “İsgəndər” zərbələr endirdiyini bildirmişdi. Onun sözlərinə görə, zərbələr nəticəsində silah və Ukrayna hərbi texnikası olan 4 anbar, həmçinin Popasnaya, Yampol və Kramatorsk yaşayış məntəqələri yaxınlığındakı 3 cəmləşmə zonası məhv edilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB