BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatlardan bir neçə həftə sonra Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlamağa çalışır. Lakin bütün bunlar hələ ki, nəticəsiz qalmaqdadır.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə bazar ertəsi keçirilən brifinqdə baş katibin nümayəndəsi Stefan Düjarrik bildirib.
Onun dediyinə görə, o, Quterreşidən bu cür cəhdlər edib-etmədiyi ilə bağlı soruşduqda baş katib guya qısa bir cavab verib: “bəli”.
Maraqlıdır ki, Dujarrik daha əlavə heç bir məlumat verməyib. Yəni onun susqunluğu bu gün Putinin heç kimi, hətta BMT-nin baş katibi Antonio Quterreşi də saymamasına dəlalət tdiyindən xəbər verir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB