Liviyanın cənubundakı neft yataqlarında hasilat dayandırılıb

Liviyanın cənubundakı neft yataqlarında hasilat dayandırılıb

Liviyanın cənubundakı vahid qəbilələr və gənclik birlikləri rəhbərlik Fəthi Başağaya təhvil verilənə qədər ölkənin cənub və cənub-şərqindəki neft yataqlarında hasilat və ixracın dayandırıldığını açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Liviyanın cənubundakı qəbilə və ictimai birlik birləşmələri və özlərini Vahanın Gəncləri kimi xarakterizə edən qrup tərəfindən iki ayrı bəyanat yayılıb.

"Şerara neft yatağında neft hasilatının və ixracının dayandırıldığını elan edirik", - Cənubi Vahid Qəbilənin bəyanatında deyilib.

Vaha Gənclər isə açıqlamalarında "Tələblərimiz cavablandırılana qədər bölgədəki neft yataqları tamamilə bağlanıb və neftin limanlara vurulması da dayandırılıb" deyib.

Milli Birlik Hökumətinin geri çəkilməsi tələb olunub.

Hər iki bəyanatda “Əbdülhəmid Dibeybenin başçılıq etdiyi Milli Birlik Hökumətinin səhnədən geri çəkilərək idarəni Tobruk Nümayəndələr Məclisinin təyin etdiyi Fəthi Başağanın başçılıq etdiyi hökumətə təhvil verməsi” tələb edilib.

Bundan əlavə, Liviya Milli Neft Korporasiyasının (NOC) sədri Mustafa Sunullahın vəzifəsindən azad edilməsi tələb olunub.

Tripolidəki Milli Birlik Hökuməti hələlik mövzu ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, Liviya Milli Neft Şirkəti (NOC) dünən verdiyi açıqlamada ölkənin cənubundakı El-Fil Neft Yatağında "zəruri" səbəbdən hasilatın dayandırıldığını açıqlayıb.

Həmçinin şənbə günü Zuveytine bölgəsinin nüfuzlu şəxslərindən verilən açıqlamada hökumət Başağaya təhvil verilənə qədər bölgələrindəki neft yataqlarından hasilat və ixracın dayandırılacağı qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə