"Silahlı Qüvvələrimiz İraqın şimalında terror ünsürlərini məhv edir"

"Silahlı Qüvvələrimiz İraqın şimalında terror ünsürlərini məhv edir"

İraqın şimalında həyata keçirilən “Pəncə-Kilit” əməliyyatı ilə bağlı açıqlama verən vitse-prezident Fuat Oktay Türkiyə sərhədləri daxilində və xaricində xain terror təşkilatı və ona dəstək olanlara heç bir mərhəmət göstərməməkdə qərarlı olduqlarını bildirib.
Vitse-prezident Fuat Oktay Türkiyə Silahlı Qüvvələrinin (TSQ) İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı başlatdığı “Pəncə-Kilit” əməliyyatı ilə bağlı açıqlama verib.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Oktay "Twitter" hesabındakı paylaşımında bunları deyib:

"Silahlı Qüvvələrimiz İraqın şimalında "Pəncə-Kilit" əməliyyatı ilə terror ünsürlərini məhv edir. İstər sərhədlərimiz daxilində, istərsə də xaricdə xain terror təşkilatı və ona dəstək olanlara heç bir mərhəmət göstərməməkdə qərarlıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə