Türkiyə səfirliyi İsveçdə Qurani-Kərimin yandırılmasına münasibət bildirdi
Türkiyənin Stokholmdakı səfiri Hakkı Emre Yunt İsveçdə polisin himayəsi altında Qurani-Kərimin yandırılması təxribatını heç vaxt qəbul etmədiklərini bildirərək deyib: “Danimarkanın ifrat sağçı “Sərt istiqamət” partiyasının (Stram Kurs) sədri Rasmus Paludanın Pasxa bayramı günlərində İsveçin müxtəlif şəhərlərində polisin mühafizəsi altında Quranı yandırma tələbinin heç bir izahı yoxdur. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Türkiyənin narahatlığı və həssaslığını İsveç Xarici İşlər Nazirliyinə çatdırdım.
Səlahiyyətlilər bu məsələ ilə bağlı işləri davam etdirir”.
İsveç polis rəisi Anders Tornberq (Thornberg) də təşkil edilən mətbuat konfransında açıqlama verib: “Günlərdir davam edən nümayişlərdə 26 polis və 14 vətəndaş yaralanıb, 20 polis maşını yandırılıb.
Tornberq polisi özünümüdafiə üçün silahdan istifadə edib və açılan atəş nəticəsində 3 nəfər yaralanıb”.
İsveçin məşhur kriminoloqu, professor Leif G.V. Persson (Leif G.W. Persson) polisin ifrat sağçı siyasətçi Rasmus Paludana Quranı yandırmağa icazə verməsini böyük səhv kimi qiymətləndirib.
Qeyd edək ki, Danimarka və İsveç vətəndaşı olan ifrat sağçı siyasətçi Rasmus Paludan Pasxa bayramı günlərində paytaxt Stokholm, Malmö, Norköpin və Jönköpinq şəhərlərində müsəlmanların yaşadığı məscid və məhəllələrin qarşısında polisin himayəsi altında Quranı yandırma təxribatı törədib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB