Aprelin 19-da Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Dağlıq Qarabağ üzrə sazişlərin icrasını müzakirə edəcək. SİA Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 19-da Rusiya prezidenti Vladimir Putin Rusiyada rəsmi səfərdə olan Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.
Tərəflər Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələlərini müzakirə etməyi planlaşdırırlar.
“Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tədbirlər də nəzərdən keçiriləcək”, hesabatda deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB