Türkiyə Silahlı Qüvvələri İraqın şimalında başlatdığı "Pəncə Kilid" antiterror əməliyyatı çərçivəsində 19 PKK terrorçusunu zərərsizləşdirib.
SİA-nın məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd olunub ki, əməliyyatlar zamanı Türkiyə ordusunun 4 əsgəri yüngül yaralanıb.
Xatırladaq ki, Türkiyə ordusu bu gün İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan və havadan “Pəncə Kilid" əməliyyatına başlayıb. Əməliyyata milli müdafiə naziri Hulusi Akar rəhbərlik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB