Rusiya prezidenti Vladimir Putin aprelin 19-da Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.
SİA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, V.Putin erməni baş nazirlə Qarabağla bağlı vəziyyəti, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını müzakirə edəcək.
Eyni zamanda, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının icrasının gedişatı da müzakirə mövzusu olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB