Bu dəfə Belarusdan xəbərdarlıq gəldi...

Bu dəfə Belarusdan xəbərdarlıq gəldi...

Belarus ordusu qonşu Qərb ölkələrinin mümkün təxribatına cavab verməyə hazırlaşır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.

Volfoviç Minskə qarşı təcavüz olacağı təqdirdə dağıntı və partlayışların da həmin ölkələrin ərazisində olacağını vurğulayıb.

Təhlükəsizlik Şurasının dövlət katibi qonşu ölkələrdə hərbi və hərbi texnikanın və silahların sayının artdığını, hərbi infrastrukturun modernləşdirildiyini, Belarus sərhədləri yaxınlığında hərbi aviasiya uçuşlarının tez-tez həyata keçirildiyini, həmçinin böyük vəsaitlərin ayrıldığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə