Diqqət! Diqqət! Çeçenistan rəhbəri Ramzan Kadırov artıq Ukraynada “xüsusi” əməliyyata başladığını elan edib. Qeyd edək ki, artıq bu barədə o, Telegram kanalında məlumat da yayıb.
Bləliklə, SİA-nın yerli rus mənbələrindən əldə etdiyi məlumata görə, Ramazan Kadırov çox mədəni bir şəkildə Ukrayna Silahlı Qüvvələrinin əsgərlərini Rusiya ordusuna təslim olmağa “dəvət” edib. Maraqlısı isə budur ki, guya o bu “dəvəti” Ukrayna tərəfinin çoxsaylı müraciətinə rəğmən edib. Yəni onun dediyinə görə, ukraynalı hərbçilər məhz özləri "təslim olmaq" istədiklərini məxsusi olaraq Kadırovdan “xahiş ediblər”.
O da maraqlıdır ki, Kadırova minnətçi düşən ukraynalı hərbçilərin “təslim olmaq” müraciətlərinə “biganə qalmayan” Çeçenistan rəhbəri, onlara döyüşdükləri mövqeləri qoyub-qaçmağı tövsiyə edib. Onun sözlərinə görə, federal qoşunların yerləşdiyi yerə qədər geri çəkilmək lazımdır. Kadırov söz verib ki, belə olan halda çeçen hərbçiləri də “yaxşı nəticələr” göstərəcəklər.
Ramazan Kadırov onu da xatırladıb ki, özünü güclü hesab edən NATO və Qərb dövlətləri bu gün Rusiyaya qarşıdırlar. O, qeyd edib ki, Qərb muzdluları maliyyələşdirib silahlandıraraq Ukraynaya göndərir. Kadırovun fikrincə, bütün bunlar Moskva üçün “ kiçik şeylərdir”.
Yenə də Kadırovun sözlərinə görə, Kiyevlə danışıqlar mümkün deyil, çünki ölkədə hakimiyyət şaquli yoxdur. O, Ukraynadakı mövcud vəziyyəti onun sakinləri ilə müzakirə etməyə və onların arzu olunan gələcəklə bağlı fikirlərini öyrənməyə çağırıb. Bundan əlavə, Kadırov Ukrayna hakimiyyətini “əllərində silahı düzgün tutmağı” bilməyən “orta yaşlı” döyüşçülərə görə biabır edib(?).
Sonda Qroznıya gələn ruslardan danışan Çeçenistan rəhbəri “and-aman” edib ki, hazırda Rusiyada ayağı yer tutan bütün rusiyalılar Ukraynadakı xüsusi əməliyyatlarda iştirak etməyə can atırlar.
Qeyd edək ki, vilayət başçısının qardaşı Xalid Kadırovun sözlərinə görə, hazırda Ukraynadakı döyüşlərdə Çeçenistan rəhbərinin 20-yə yaxın qohum-əqrəbası döyüşür
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB