Hindistanda leysan yağışları nəticəsində ölənlərin sayı 14-ə çatıb

Hindistanda leysan yağışları nəticəsində ölənlərin sayı 14-ə çatıb

Hindistanın Assam ştatının şimal-şərqində güclü yağışlar nəticəsində ölənlərin sayı 14-ə çatıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, baş verən təbii fəlakət nəticəsində kəndlərdə yüzlərlə ev dağılıb, ağaclar uçub, elektrik xətləri kəsilib. Məlumata görə, ümumilikdə fəlakətdən 41 mindən çox insan zərər çəkib.

Evsiz sakinlər yaxın şəhərlərə aparılaraq məktəblərin və dövlət qurumlarının binalarına yerləşdirilir.

Meteoroloqlar güclü leysan və tufanın növbəti beş gündə də davam edəcəyini proqnozlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə