İsveçdə bir neçə şəxs “Qurani-Kərim”i yandırıb

İsveçdə bir neçə şəxs “Qurani-Kərim”i yandırıb

İsveçin Norrköpinq şəhərində bir neçə şəxs “Qurani-Kərim”i yandırıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə iğtişaşlara çevrilib.

Qurani-Kərimi yandıranlara etiraz edənlərlə polis arasında toqquşma baş verib.

Hadisə nəticəsində 3 nəfər polisin gülləsinə tuş gəlib.

Baş nazir Maqdalena Andersson zorakılığı pisləyib.

Hazırda polis Norrkopinqdə vəziyyətin sakit olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə