Suriyanın şimalındakı “Sülh çeşməsi” bölgəsinə təcavüz atəşi açaraq sızmağa cəhd edən separatçı terror təşkilatı PKK/YPG-nin 13 terrorçusu zərərsizləşdirilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumatda yazılır: "Terrorçuların təqib və hücum cəhdlərinə cavab tədbirləri davam edir. “Sülh çeşməsi” bölgəsində təcavüz atəşi açıb içəri sızmağa çalışan 13 PKK/YPG terrorçusu qəhrəman Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib".
Bu arada, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın qondarma “Amudə-Dərbəsiyə əyalətinin dövlət məmuru” adlandırılan separatçı terror təşkilatı PKK/YPG-nin üzvü Mehmet Aydını güllə ilə zərərsizləşdirib.
Digər tərəfdən, Diyarbəkirdə 650 personalın iştirakı ilə “Blokada-1 Jandarma komandiri baş Çavuş Kadir Aydın” əməliyyatı başlanıb.
Türkiyə Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir: “Separatçı terror təşkilatı PKK-nın ölkədən uzaqlaşdırılması və bölgədə sığınan terrorçuları zərərsizləşdirmək üçün başlanılan əməliyyata Diyarbakır Rayon Jandarma Komandanlığıın jandarma xüsusi hərəkat (JÖH), polis xüsusi əməliyyat (PÖH) və jandarma komando qruplarından 650 nəfərdən ibarət 42 əməliyyat qrupu cəlb edilib.
Bu arada, Batmanın Sason və Kozluk qəsəbələrinin çöllük ərazilərində davam edən "Eren Qış-34 şəhid jandarmaçı Çavuş Cəmil Turan" əməliyyatı zamanı terrorçuların sığınacaqlarından çoxlu sayda partlayıcı, sursat və həyat ləvazimatı ələ keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB