Ukrayna BVF və "G7" ölkələrindən 50 milyard dollar istəyib

Ukrayna BVF və "G7" ölkələrindən 50 milyard dollar istəyib

Ukrayna, dəqiq desək Ukrayna prezidenti “G7” ölkələrindən 50 milyard dollar məbləğində maliyyə dəstəyi istəyib.

SİA “rambler”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatı ölkə prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenkonun sözlərinə istinadən xəbər verir.

“Prezident aydın şəkildə dedi ki, söhbət ayda 7 milyard dollardan gedir. Bu, indiki çatışmazlıqdır. Niyə prezident belə bir rəqəmlə işləyir - baxsanız, bu, yarım il üçün kifayət edəcək, bizə təxminən 50 milyard dollar lazımdır”.

Qeyd edək ki, Ustenko bunu “UNN” agentliyinə danışarkən bildirib.

Qeyd edək ki, hazırda Ukrayna hakimiyyəti sıfır kuponlu istiqrazların buraxılması imkanlarını nəzərdən keçirir. Bir neçə gün əvvəl isə ABŞ Ukraynaya artilleriya, zirehli personal daşıyıcıları və helikopterlərdən ibarət yeni 800 milyon dollarlıq hərbi yardım paketi təqdim edəcəyini bəyan edib. Onu da qeyd edək ki, Cozef Bayden bunu Vladimir Zelenski ilə telefon danışığından sonra deyib.

Amerika lideri həmçinin Birləşmiş Ştatların müttəfiqləri ilə Ukraynaya hərbi yardım göndərmək barədə danışıqlar apardığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə