Medvedev Avropanı xəbərdar edir...

Təhlükəsizlik Şurasının sədr müavini Rusiyanın defoltunun Avropanın defoltuna çevrilə biləcəyini proqnozlaşdırıb
Medvedev Avropanı xəbərdar edir...

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında “Rusiyanın defoltu” Avropada mənəvi və maddi defolta çevrilə biləcəyini deyib. Belə ki, o, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Qərbin sanksiyalarının Rusiyada defolta səbəb ola biləcəyi ilə bağlı sözlərinə reaksiya verərkən səsləndirib. Rusiyalı siyasətçi həmçinin Avropada hiperinflyasiya, mağazalarda ərzaq çatışmazlığı və qaçqın axını proqnozlaşdırıb.

SİA bu barədə “lenta”ya istinad edir.

Medvedev qeyd edib ki, Ukraynada xüsusi əməliyyatı dayandırmaq və sülhə nail olmaq zərurəti barədə bəyanatlarına baxmayaraq, Kiyevin Moskvanın öhdəliklərini yerinə yetirməməsi Avropa İttifaqının dərin snrategiyası və ABŞ-ın “gizli planı” olub.

Qeyd edək ki, ötən gün, aprelin 17-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Qərbin sanksiyalarının Rusiyada defolta səbəb olacağı ilə bağlı fikir bildirib.

Siyasətçi qadın onu da qeyd edib ki, proqnozlara görə, Rusiyada ümumi daxili məhsul 11 ​​faiz azalacaq, belə ki, yüzlərlə iri şirkət və ekspert ölkəni tərk edib. Bundan əlavə, o, ölkənin dövlət iflasının zaman məsələsi adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə