Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini və mətbuat katibi Ömər Çelik sosial media hesabından Kanadadakı hadisələrə münasibət bildirərək yazıb: “Toronto şəhərinbdə təravih namazını tərk edənlərə avtomobildən atəş açılması nəticəsində 5 nəfər yaralanıb. Yaralı qardaşlarımıza şəfa diləyir, Kanada səlahiyyətlilərindən hücum edənləri tez bir zamanda yaxalamasına ümid edirik".
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Kanadanın Toronto şəhərində bir avtomobilin təravih namazını tərk edənlərə atəş açması nəticəsində 5 nəfər yaralanıb.
Toronto polisinin sözçüsü Devid Rıdzik (David Rydzik) hadisənin Skarboro (Scarborough) şəhərindəki Əbubekiri-Sıddık məscidində baş verdiyini bildirərək deyib: “Aprelin 16-sı yerli vaxtla saat 01.00 kimi təravih namazından çıxan 5 nəfər yoldan keçən avtomobildəki adamların silahlı hücumu nəticəsində yaralanıb. Yaralıların hücuma məruz qalacaq hər hansı bir hadisəyə qarışdığına dair məlumat əldə olunmayıb. Xəsarətlərin həyati təhlükəsi yoxdur. Yaralılardan üçü evə buraxılıb, ikisinin isə müalicəsi davam edir”.
Hadisənin baş verdiyi Əbubekiri-Sıddık məscidinin bağlı olduğu Skarboro Müsəlmanları Dərnəyi İdarə Heyətinin üzvü Nadim Şeyx sğzügedən mövzu ilə bağlı deyib: "Həqiqətən çox üzüldüm və narahatam. Beş qardaşımız bu səhər güllələndi. Hücum edənlərin təcili tapılaraq məsuliyyətə cəlb olunmasını istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB