“Ukrayna Rusiya Federasiyası ilə 10 il döyüşə bilər”

Zelenski Moskva ilə dialoqa ancaq öz şərtləri ilə gedəcəyinin anonsunu verib
“Ukrayna Rusiya Federasiyası ilə 10 il döyüşə bilər”

Ukrayna ərazilərini heç vaxt Rusiyaya verməyəcəyini deyən prezident Vladimir Zelenski lazım gələrsə, torpaqları üçün ən azı on il mübarizə aparmağa hazır olduğunu bildirib.

SİA-nın məlumatına görə, Zelenski bu fikirləri CNN telekanalına müsahibəsində bildirib. Bu barədə TASS yazır.

“...Biz öz ərazimizi verə bilmərik, amma Rusiya ilə hansısa dialoq da tapmalıyıq. Əgər onlar buna qadirdirlərsə, deməli biz hazırıq”, deyən ukraynalı prezident bununla yanaşı, o Moskva ilə dialoqa ancaq öz şərtləri ilə gedəcəyinin də anonsunu verib.

“...Əgər danışmaq imkanı olsa, o zaman danışacağıq, amma Rusiyanın ultimatumu əsasında yox. Çünki bu, bizə münasibət məsələsidir...”.

Zelenski xəbərdarlığından da qalmayıb: razılaşma uğursuz olarsa, Ukrayna öz torpaqlarını sona qədər müdafiə edəcək: “Biz Rusiya Federasiyası ilə 10 il mübarizə apara bilərik” -deyərək Zelenski vurğulayıb.

Maraqlıdır ki, Ukrayna rəhbəri, getdikcə dialoqa getmək şanslarının azaldığına da eyham vurub. Belə ki, Zelenskinin fikrincə, buna rusların Buça qəsəbəsində, daha sonradan Volnovaxa, Borodyanka, Mariupolda törətdikləri vəhşiliklər böyük təsir edib.

Zelenski əmindir: artıq heç kimin danışmaq istəmədiyi vaxt gəlib. Onun fikrincə “...Ukrayna cəmiyyəti danışıqları davam etdirməyimizi istəmir”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə