Aprelin 17-də Kiyev vilayətinin Brovarı rayonu Rusiya ordusunun raket hücumuna məruz qalıb. Bir neçə infrastruktur obyektinə ziyan dəyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Brovarı rayonunun meri İqor Sapojko "Facebook" səhifəsində məlumat verib.
Əhalini sakitliyə çağıran mer bildirib ki, raket zərbələri nəticəsində şəhərin elektrik enerjisi və su təminatında problemlər yarana bilər. Bütün xidmətlər gücləndirilmiş rejimdə işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB