Rusiyada helikopter qəzaya uğrayıb, ölən var

Rusiyada helikopter qəzaya uğrayıb, ölən var

Rusiyanın kənd təsərrüfatı aviasiyasının "Mi-2" helikopteri Krasnodar diyarında qəzaya uğrayıb.

SİA "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, qəza nəticəsində 1 nəfər həlak olub.

Qeyd edilir ki, helikopter eniş edərkən qəzaya uğrayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə