Türkiyədə koronavirusa 4 mindən çox yoluxma qeydə alınıb

Türkiyədə koronavirusa 4 mindən çox yoluxma qeydə alınıb

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 19 nəfər vəfat edib.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 162 253 nəfər test edilib, 4 086 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 13 561 nəfər sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə