Nigeriyada 70-dən çox terrorçu zərərsiləşdirilib

Nigeriyada 70-dən çox terrorçu zərərsiləşdirilib

Nigeriya ordusu Nigerlə birlikdə genişmiqyaslı əməliyyat keçirib.

SİA APA-ya istinadən xəbər verir ki, Çad gölü ətrafında keçirilmiş əməliyyatlarda 70-dən çox terrorçu məhv edilib. Onların əksəriyyəti İŞD üzvləridir. Hərbi aviasiya əməliyyata dəstək verib. Terrorçuların sığınacaqları da məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə