Boris Conson Hindistana rəsmi səfərə gedəcək

Boris Conson Hindistana rəsmi səfərə gedəcək

Böyük Britaniyanın baş naziri Boris Conson aprelin 21-22-də Hindistanda rəsmi səfərdə olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə baş nazirin ofisinin yaydığı bəyanatda deyilir.

Qeyd edilir ki, Consonun Britaniya hökumətinin başçısı kimi Hindistana ilk səfəri qlobal iqtisadi çağırışlar və avtoritar dövlətlərdən gələn təhdidlər qarşısında sülh və rifah naminə uzunmüddətli tərəfdaşlığı dərinləşdirmək məqsədi daşıyır.

Aprelin 21-də Böyük Britaniyanın baş naziri ölkənin qərbində yerləşən Əhmədabad (Qucarat) şəhərinə səfər edəcək, burada yerli işgüzar dairələrin nümayəndələri ilə görüşəcək. Hindistan əsilli britaniyalıların təxminən yarısının bu bölgədən gəldiyi vurğulanır.

Bütün xəbərlər Facebook səhifəmizdə