Deyəsən, sonda ABŞ tək qalacaq..?

Bu gün ukraynalı qaçqınları “səmimi” qarşılayan Avropa, niyə həmin “səmimiyyətdən” az da olsa suriyalı qaçqınlara göstərmirdi?
Deyəsən, sonda ABŞ tək qalacaq..?

ABŞ-ın bəzi müttəfiqləri Ukraynadakı döyüşlərlə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina edirlər. SİA-nın əldə etdiyi məlumata görə, “RİA Novosti” xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” jurnalı yazır.

Nəşr qeyd edir ki, hazırda Hindistan Moskvanın hərəkətlərini pisləməkdən imtina etdiyi üçün Qərb üçün “ən əlverişsiz” ölkə kimi qəbul edilib. Amma bununla belə, jurnal Hindistanın öz mövqeyində tək olmadığını, bu gün artıq Yaxın Şərq, Asiya, Afrika və Latın Amerikasında Vaşinqtonun Rusiyaya qarşı sanksiyalar tətbiq etmək və ya ən azından onun Ukraynadakı hərəkətlərini pisləmək tələblərini rədd edən ölkələr peyda olmaqdadır.

Yazı müəllifi qeyd edib ki, bir çox dövlətlər ideoloji əqidə, kommersiya maraqları, strateji ambisiyalar və ya mühüm ticarət tərəfdaşını itirmək qorxusunu gözə alaraq, Rusiyanı tənqid, ona qarşı məhdudlaşdırıcı maraqlar tətbiq etmirlər.

Qeyd edək ki, yazıda da deyildiyi kimi, bəzi ölkələri qane etməyən ABŞ və Avropa ölkələrinin bu gün insan hüquqlarına məhəl qoymamalarıdır.

Bundan əlavə, bir çox ölkələr ABŞ-ın 2003-cü ildə İraqda apardığı müharibəni və 2011-ci ildə isə NATO-nun Liviyanı bombalamasına diqqət çəkərək, Avropa və ABŞ-ın mövqeyini ikiüzlü hesab edirlər.

…Və ən önəmlisi…sual edirlər: Bu gün ukraynalı qaçqınları “səmimi” qarşılayan Avropa, niyə həmin “səmimiyyətdən” az da olsa suriyalı qaçqınlara göstərmirdi?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə