Meksikanın Mexiko ştatının hüquq-mühafizə orqanları Tultepek vilayətində eyni ailənin 8 üzvünü qətlə yetirməkdə şübhəli bilinən şəxsləri saxlayıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə vilayət prokurorluğu tviterdə məlumat yayıb. Cinayətkarlar kütləvi qətli aprelin 11-nə keçən gecə törədiblər.
Ümumilikdə 8 nəfər həbs edilib. Onlar Tultepek, Melçor-Okampo və Tultitlan vilayətlərində narkotik alveri və qəsb ilə məşğul olan dəstənin üzvləridir. Yaxın vaxtlarda saxlanılanlara qarşı ittiham irəli sürüləcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB