Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır

Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır

“...Rusiya Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən deportasiya edilən uşaqlardan öz təbliğatı üçün istifadə edir”. Deyim ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.

Beləliklə, “UNİAN” Kreml mediasının Üçüncü Reyxdən miras qalan variantdan yararlanaraq, guya Ukrayna rejiminin uşaqları döyüşə necə göndərdiyi barədə dezinformasiya yaymaqla məşğul olduğunu bildirir. SİA bu barədə Ukrayna saytına istinad edir.

Saytın iddiasına görə, bu gün Rusiya təbliğatında ukraynalı uşaqlarla tətib edilən saxta müsahibələrdən istifadə olunur. Saytın yazdığına görə, bu müsahibələrdə mənasız sitatlar var, əlavə olaraq rusiyalı psevdo-jurnalistlər “bu uşaqların Ukraynada xüsusi əməliyyatın əvvəlindən casus kimi çalışıblar” deyə yanlış məlumat verirlər.

Rusiyanın informasiya müharibəsində uşaqlardan istifadə etməsini beynəlxalq hüququn kobud şəkildə pozulması kimi təqdim edən Ukrayna tərəfi müharibə başlayandan bəri 200 ukraynalı uşağın qətlə yetirildiyini onların yadına salır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə