Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Almaniya mətbuatına verdiyi müsahibəsində Avropa İttifaqının Rusiyaya qarşı bank sektorunda və enerjidə məhdudlaşdırıcı tədbirlərin tətbiqi imkanlarını nəzərdən keçirməkdə davam etdiyini bildirib.
SİA bu barədə “rambler”ə istinad edir.
Siyasətçi vurğulayıb ki, Rusiya daxilində bütün bank əməliyyatlarının 37 faizini təşkil edən “Sberbank”a qarşı məhdudiyyətlər tətbiq oluna bilər.
Avropa Komissiyasının rəhbəri həmçinin əlavə edib ki, Avropa ölkələri hazırda Moskvaya qarşı sanksiyaların növbəti mərhələsində Rusiya iqtisadiyyatının neft sektoruna təsir edəcək “ağıllı mexanizmlər” işləyib hazırlayırlar.
Yeri gəlmişkən, bildirək ki, ötən həftə fon der Leyen Ukraynanı Avropa Birliyinə daxil etmək üçün “qeyri-adi addımlar” atmaq niyyətində olduğunu açıqlamışdı.
Normal vəziyyətdə ittifaqa daxil olmaq üçün illər lazım olduğunu deyən xanım siyasətçi bunun Kiyevə şamil edilməyəcəyini etiraf edib.
Siyasətçi onu da bildirib ki, Avropa İttifaqı Ukraynaya “ölkəni Avropa standartları çərçivəsində yenidən qurmaqda kömək etməyə hazırdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB