BMT-nin məlumatına görə, Mariupolda 100 mindən çox dinc sakin qida və su çatışmazlığından əziyyət çəkir.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, “ Amerikanın Səsi”nin məlumatına görə, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bisli deyib.
Beləliklə, BMT-nin məlumatına görə, Mariupolda 100 mindən çox dinc sakin qida, su və istilik çatışmazlığından əziyyət çəkir. Bisli onu da bildirib ki, şəhərə girişi nəzarətdə saxlayan Rusiya qüvvələri BMT-nin Ümumdünya Ərzaq Proqramı rəsmilərinə də qadağa qoyublar: “Bu, fəlakətli vəziyyətdir: insanlar aclıqdan ölürlər”.
Ərzaq proqramının direktoru həmçinin xəbərdarlıq edib ki, müharibənin yaratdığı qlobal ərzaq qıtlığı İkinci Dünya Müharibəsi dövrlərini üstələyən kütləvi miqrasiyaya səbəb ola bilər.
Beləliklə, "Ümumdünya Ərzaq Proqramının dünya üzrə paylamaq üçün aldığı taxılın yarısı Ukraynadan gəlirdi" deyən Bisli bildirib ki, ixrac edilən təxminən 30 milyon ton taxıl müharibə səbəbindən heç-hara göndərilə bilmir. O, xəbərdarlıq edib ki, hazırda səpin vaxtıdır, səpmək qabiliyyətinə malik ukraynalı fermerlər, müharibənin uzanacağı təqdirdə məhsulu yığıb daşımağa imkan tapmasa, tarlalarda məhsulların çürüməsi ilə üzləşə bilərlər.
Çatdırılmada yaranan problem Ümumdünya Ərzaq Proqramını əksəriyyəti Afrikada olan milyonlarla insanın qida rasionunu yarıya endirməyə məcbur edib. Qeyd edək ki, bu da hələ son hədd deyil, yəni belə görünür ki, bundan sonra da əlavə ixtisarlara ehtiyac olacaq. Yəni belə demək olarsa, “insanlar aclıqdan öləcək”.
BMT bildirir ki, Rusiyanın mümkün yeni hücumları Ukraynadakı humanitar böhranı daha da pisləşdirəcək.
Xatırladaq ki, BMT-nin fikrincə, Ukraynanın Qara dənizdəki limanlarının bağlanması dünyada aclığa, kütləvi miqrasiya və siyasi qeyri-sabitliyə səbəb olmaqla yanaşı, qlobal ərzaq fəlakətinə də səbəb olacaq...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB